13 April 2017
  • 434 ნახვა

Qədim Tiflisin qədim cizgiləri –Mirzə Fətəli Axundovun qəbri

Mirzə Fətəli Axundovun qəbri – Nəbatat (indiki Botanika) bağında yerləşir. Burada 1947-ci ilədək müsəlman qəb-ristanlığı mövcud olmuşdur. M. F. Axundovun müəllimi olmuş Mirzə Şəfi Vazeh, M. F. Axundovun özü və onun bir neçə övladı, qohum-əqrəbası da həmin bu qəbiristanlığın lap üst yanında Yemlikli yerbatan adlanan yerdə dəfn olunmuşdur. Böyük ədib burada öz vəsiyyətinə görə müəllimi Mirzə Şəfi Vazehin qəbri yanında dəfn edilmişdir. Qəbir daşının üstündə ərəbcə bir kitabə yazılmışdır ki, məzmunu aşağıdakı sətirlərdən ibarətdir: «Bü mərhum və məğfur yüksək şanlı şərq və rus dillərinin alimi, islam və rus ölkələrində bir çox əsərlərilə məşhur olan polkovnik Mirzə Fətəli mərhum Ağa Məhəmmədtağı oğlunun qəbridir... Nuxa şəhərində doğulmuşdur.

1295-ci il rəbiyyələvvəlin, yəni 1878-ci il fevralın 26-da vəfat etdi. Ömründən altmış altı il keçmişdir».

                                                                                                                                             Mirzə Məmmədoğlu     

მსგავსი