
Gürcü dilində yeni şeirlərim.
Mən əsasən son zamanlar tədqiqatla məşğul oluram. Ara sıra tarixi yazılar yazıram. Milli qəhərmanımız Xudu Borçalı barədə tarixi əsərimi bu yaxınlarda başa vurmuşam. Ağa Məhəmməd Şah Qacar barəsində də belə bir əsər yazmaq fikrindəyəm. Ara-sıra şeirlər də yazıram. Əslinə baxsan hələ orta məktəbdə oxuyanda şeirlərim“Axali Marneuli” və Trialeti”rayon qəzetlərində dərc olunub. O vaxtlar mərkəzi qəzet olan “Sovet Gürcüstanı qəzetində isə ədəbi işmalda şeirim haqqında müsbət söz söylənilmiş, şeirindən numunə göstərilmişdi. Nə isə, Gürcüstanda məndən daha artıq yazanlar olduğundan şeirə o qədər də meyl etmirəm. Məsələn: İbrahimxəlil, Tapdıq Yolçu, Allahverdi Təhləli, Rafiq Hümbət, Yunus Novruz və xeyli gənclər. Düz beş il bundan əvvəl 55 illiyim münasibəti ilə “Siskari” ( “Dan ulduzu”) jurnalında xeyli şeirim dərğ olunmuşdu. İndi isə “ Literaturuli Sakartvelo” ( “Ədəbi Gürcüstan”) qəzetində 60 illiyim münasibəti ilə şeirlərim, bir də mənim haqqımda rəhmətlik dostum Avto Çxaidzenin şeiri verilmişdir. Elə əvvəlki və indiki şeirlərim də bi istedadlı şair tərəfindən tərcümə olunmuşdur. Allah ona rəhmət eləsin!
Mirzə Məmmədoğlu