04 April 2017
  • 306 ნახვა

Öz ehsanında iştirak edə bilməyəcəyini düşünən erməni

1918-ci il martın 13-də  “Ertoba qəzeti məlumat verir ki, Y. Qeqeçqoriyə Seym nazirlər kabinetinin təşkilini həvalə etdi. Sədr Y. Qeqeçkori, daxili işlər naziri N. Ramişvili, xarici işlər naziri A. Çxenkeli,  kənd təsərrüfatı naziri  N. Xomeriki, maliyyə naziri Karçikian, təhsil naziri  Usubbəyov, nəqliyyat naziri Məlik Aslanov, ədliyyə naziri Fətəli xam Xoyski,  ərzaq naziri A. Xatisov, ticarət-sənaye naziri  Gəncinski,  donanma naziri Qobeçia, əmək naziri Ter- Kazaryan, dövlət  himayəsi naziri Qajinov və sair.

Burada erməni Xatisova aid bir məlumatı, daha doğrusu, məzəli bir əhvalatı  nəzərinizə çatdırmaq istəyirəm. Bəri başdan qeyd edim ki, A. Xatisov sovetləşmədən öncə Tiflis şəhərinin icra hakimi, Daşnaklar və Katetlər  partiyasının üzvü, sonralar Daşnak Ermənistanının rəhbərlərindən biri olub. Onun barəsində 1913-cü ildə gürcü dilində nəşr olunan “Xumara” ədəbi-bədii almanaxda belə bir məlumata rast gəldim.

“Bəzi ağzı göyçəklər deyirlər ki, bir dəfə Xatisov xəstə düşür. Dostları ona baş çəkirlər, ürək-dirək və təsəlli verəndən sonra Xatisov ,sən demə, deyibmiş ki, mən ölümdən qorxmuram, həm də təəssüflənmirəm. Bircə ona təəssüflənirəm  və narahat oluram ki, öz ehsanımda iştirak edə bilməyəcəyəm. Başqaları söz deyəcək, mən isə deyə bilməyəcəyəm”. 

                                   Mirzə Məmmədoğlu

მსგავსი