03 April 2017
  • 316 ნახვა

Qədim Tiflisin qədim cizgiləri - Botanika bağı (Nəbatat bağı)

Botanika bağı (Nəbatat bağı) – Qədimlərdə Sixis baği - Qala bağı, Gəncə bağı və yaxud Tiflisin xəzinə bağı adlanan bu bağ şəhərin şimal-şərq tərəfində Sololak dağının ətəklərində, Qalanın şərqində yerləşir. Bağları Qaladan Savkis çayının dərəsi ayırır. IX əsrdə suvarma kanalı çəkilmiş və burada su hövzəsi yaradılmışdır. XVIII əsrdə burada çarın sarayı olub. Ağa Məhəmməd şah Qacarın Tiflisə hücumu (1795-ci il) zamanı bu saray dağıdılmışdır. Sonralar isə Xəzinə bağı olmuş, 1845-ci ildən isə Nəbatat bağı adlanır.

     Onu da qeyd etmək lazımdır ki, burada 1947-ci ilədək müsəlman qəbiristanlığı da mövcud idi. XIX əsrdə Tiflis şəhəri Güney Qafqazın mədəni və inzibati mərkəzi olduğundan o dövrlər Tiflisdə yaşayıb yaradan Azərbaycan xalqının görkəmli oğul və qızları: o cümlədən  Həsən bəy Ağayev, Fətəli xan Xoyski, Əliqulu Qəmküsar, Rzaqulu Nəcəfov, Hüseyn əfəndi Qayıbov, Eynəli bəy Sultanov, Mahmud Çakər, Ədilə xanım Şahtaxtinskaya, Behbud ağa Şahtaxtinski, Mehdiqulu xan Vəfa, Məhəmmədhəsən Hacınski, Nisə xanım Məmmədquluzadə, Həmzə bəy Qayıbov, Fazil xan Şeyda, Müzəffər Nərimanov, Əlimirzə Nərimanov, xanəndə Allahverdi, xanəndə Səttar, xanəndə Cəfərqulu, tarzən Rzabala Rzayev, generallardan Həsən bəy və İlyas bəy Ağalarovlar, Həsən bəy və İsrafil bəy Yadigarovlar və başqaları bu qəbiristanlıqda dəfn edilmişdir. Həmin müsəlman qəbiristanlığı Vaxuşti Baqrationinin 1735-ci ildə tərtib etdiyi Tiflisin ilk planında öz əksini tapmışdır.

                                                                                                       Mirzə Məmmədoğlu

 

მსგავსი