31 March 2017
  • 525 ნახვა

Qədim Tiflisin qədim cizgiləri – Baqqalxana

Baqqalxana – Qədim Tiflisdə iki ərzaq bazarı var idi. Onlardan biri Avlabarda, indiki Metex küçəsi boyu, o birisi isə, yəni əsası Şeytanbazarda, Tatar (Qorqasal) meydanında yerləşirdi. Burada baqqalların (meyvə, tərəvəz və digər ərzaq məhsulları ilə alver edənlərin), qəssabların, alafçıların (unla və dənlə alver edənlərin) və balıqçıların dükanları cərgə ilə  düzülmüşdü. Bəzi məlumatlara görə baqqal dükanları Versxli (Gümüş) küçəsinin sonunda da var idi.

                                                                     

                                                                                                       Mirzə Məmmədoğlu

 

მსგავსი