29 March 2017
  • 376 ნახვა

Qədim Tiflisin qədim cizgiləri- Avcala

Avcala – Deyilənə görə, Kür çayının sahilində yerləşən, keçilməz bataqlıqlarla əhatə olunmuş ərazi insanlar üçün təhlükə yaradırdı. Camaat arasında belə bir inam yaranmışdı ki, bu yerlərdə bədxah ruhlar, əcinnələr dolaşırmış, gəlib keçənlər buradan tez uzaqlaşmağa çalışırlarmış. Belə ki, ta qədimdən onun adı pis, bədxah  cala adlanıb. (Bir çox mənbələrə görə isə, «Avcala» iki türk mənşəli sözün birləşməsindən əmələ gəlib, «ov calası» mənasını verir. Bundan başqa, bu toponimin  «Azərbaycan-türk mənşəli olan «cala» sözü isə indi də dilimizdə işlənir, çöllük, düzənlik mənasını daşıyır.

     Avcalanın adı ta qədimdən məlumdur. Böyük Tür­k­çü­lük dövründə, XI əsrin 80-ci illərində türklər qış aylarında Avcala və Diğomda qışlayarlarmış. Bu barədə Qurucu Davidin (David Ağmaşenebelinin) tarixçisi də məlumat verir. IX–XI əsrlərdə Avcala Tiflis əmirliyinə daxil idi. XII–XIII əsrlərdə isə Kaxet eristavlığına məxsus olub. 

Vaxuşti Baqrationi özünün tərtib etdiyi (1735-ci il) Tiflisin ilk planında Avcalaya doğru uzanan yolu göstərmişdir. Tiflis ərazisində o, Qıraq Avlabar ilə Çuquret arasında yerləşirdi. Elə həmin yol XIX əsrin əvvəllərində Tixonov tərəfindən tərtib olunmuş Tiflisin quruluş planında da Kukiya kəndi yaxınlığında, ikiyə bölünmüş Kvirasxovel dərəsinin yuxarılarında qeyd edilmişdir. Aşağı Avcala qəsəbəsinin böyük hissəsi sonralar XIX əsrin ortalarında tərtib edilmiş Tiflisin quruluş planında da göstərilmişdir.

                                                                                                          Mirzə Məmmədoğlu

 

მსგავსი