28 March 2017
  • 346 ნახვა

Qədim Tiflisin qədim cizgiləri- Avlabar körpüsü

    Avlabar körpüsü – Ta qədimdən Metex daracaqlığında İsanı Qala ilə birləşdirən körpü var idi. Ötən əsrin 40-cı illərindən isə bu yerdə bir-birinin birbaşa yaxınlığında iki körpü salınmışdı. 1870-ci ildə bu ağac körpülər dəmir körpülərlə əvəz olundu. Onlardan biri - çayın yuxarı hissəsindəki Avlabar körpüsü, o birisi isə Metex körpüsü adlanırdı. Avlabar körpüsündə hərəkət bir tərəfli idi, sağdan sola doğru. Avlabardan gələn arabalar və digər növ nəqliyyat vasitəsi sağ sahilə - keçmiş Vorontsov, indiki Saarbrüken körpüsünə keçirdi. İndiki Metex körpüsü tikiləndən sonra 50-ci illərdə həmin köhnə körpülər aradan götürülmüşdür.

 

Mirzə Məmmədoğlu

მსგავსი