23 March 2017
  • 488 ნახვა

Qədim Tiflisin qədim cizgiləri-«Arşın mal alan restoranı»

      «Arşın mal alan restoranı» – Hamamlar məhəlləsində 5 saylı hamamın yaxınlığında «Dursun bəyin həyəti» deyilən yerdə yerləşirdi. Vaxtilə bu bina Hacı ağa adlı iranlının karvansarası olmuş, Naxçıvanın Ordubad bölgəsindən  gəlmiş Ağabala adlı bir nəfər 1914-cü ildə  onu 100 qızıl çervon pula alır (o vaxtlar bir çervon 9 manat 50 qəpiyə bərabər imiş), 80 qızıl çervonu isə onun təmirinə və ləvazimatına xərcləyir. Restoranın üstü o vaxtlar klub imiş. Və orada Azərbaycan tamaşaları göstərilirdi. Burada o vaxtlar bir müddət «Arşın mal alan» tamaşası göstərildiyindən restorana gələn müştərilər bu afişanı oxuyurlarmış. Beləliklə, restoranın adı məhəllə arasında «Arşın mal alan» adlanır. 1939-cu illərdə onun rəsmi adı «Vostok» olur. İndi hazırda onun yerində bağça salınıbdır. 2007-ci il mayın 10-da anadan olduğu gün ilə əlaqədar bu bağçaya Azərbaycanın sabiq prezidenti rəhmətlik Heydər Əliyevin adı verilmişdir.

მსგავსი