21 March 2017
  • 387 ნახვა

Qədim Tiflisin qədim cizgiləri- Aramyans xəstəxanası

Aramyans xəstəxanası – Avlabarda yerləşir. Vaxtilə 1 saylı bu xəstəxananı inşa etdirən tacir Aramyansın adını daşıyır. Mirzə Cəlil Məmmədquluzadənin məsləkdaşı, Tiflisdə doğulub fəaliyyət gös­tərmiş İsmayıl Həq­qi Mirzə Ələkbər Sabir haqqında xatirələrində yazırdı:

     «Həkimlər bir neçə dəfə Sabiri tədqiq etdikdən son­ra xəstəxanada yatmağını məsləhət gördülər. Məhəmmədəli ilə bərabər (Məhəmmədəli Sidqi nəzərdə tutulur - M. M.) onu Tiflisdə məşhur Aramyans tərəfindən tikdirilmiş birinci şəhər xəstəxanasına yerləşdirdik».

                                                                                                       Hörmətlə: Mirzə Məmmədoğlu

მსგავსი