18 March 2017
  • 551 ნახვა

Qədim Tiflisin qədim cizgiləri-Abbasabad meydanı

Abbasabad meydanı – Sonralar Alaverdov meydanı olmuş, indi isə Lado Qudiaşvili meydanı adlanır. Bəzi mənbələrdə görə, o cümlədən, Qriqol Zardalişvilinin «Tiflis və onun həndəvərlərinin toponimi» əsərində göstərilir ki, «Burası İran təbəələrindən hansısa Abbasa məxsus imiş. Onun evi indi də bu meydanda yerləşir». (1896-cı il Tiflis planına daxil edilmişdir).

 T. Kvirkveliya isə özünün «Tiflisin qədim adları» əsərində yazır:

  «XIX əsrdə Abbasabad meydanı Qafqazın inzibati mərkəzi idi. Rusiya canişinliyinin və ordu sərdarının olduğu yer idi. Tiflisin bəzi meydanlarına bəzən rus ordusu tərəfindən alınmış qalaların adlarını qoyurdular. Abbasabad da bu cür yaranmışdır. Belə ki, 1827-ci ildə rus ordusunun sərdarı İ.Paskeviçin komandanlığı ilə İranın eyni adlı qalasının alınmasını qeyd etmək üçün buraya onun adı verilmişdir. Burada bir vaxtlar rus ordusunun qauptvaxtı da (dustaqxana) mövcud idi. Həmin yerdə vaxtilə Mixail Lermontov gecələmişdir».

 

მსგავსი