15 March 2017
  • 454 ნახვა

Molla Pənah Vaqif və Gürcüstan

                                                                          “Mən Vaqifin şirin dilində oxuyuram”

                                                                                                        Petre Qruzinski  

Bu il Azərbaycanın klassik lirik şairi Molla Pənah Vaqifin anadan olmasının 300-cü ildönümüdür. Molla Pənah Vaqifi Gürcüstanda da yaxşı tanıyırlar  və  sevirlər. Vaqifin söz zirvəsi Tiflisdən də yaxşıca görünür.  Bu zirvəni sevimli şairimiz Məmməd Araz belə təsvir edir:

Hündürlər çox oldu Vaqif dağından,
Sənət ucalığı uca dağ oldu.
Sözü ayaqlara salmadığından,
Özü vəzir oldu, sözü şah oldu!

Bəli, özü vəzir, sözü şah olan bu böyük sənətkarın indiyədək gürcü mətbuatında onun haqqında yazılanları, tərcümə olunan şeirlərini toplayaraq  bu zirvəyə təzim etmək əlaməti olaraq iki dildə kitab şəklində nəşr etdirmək niyyətindəyəm.

Hörmətlə:Mirzə Məmmədoğlu 

მსგავსი