13 January 2017
  • 384 ნახვა

Ələddin Həsənlinin ifasında mahnılar

Mahnılar 1998-ci ildə Gürcüstan radiosununu aməkdaşı Mirzə Məmmədoğlu tərəfindın lentə alınıb. 

Bir qərinədən çox Gürcüstan radiosunda diktor işləyən Ələddin Həsənli yüksək səviyyəli tədbirlərdə, xudmani məclislərdə də saz çalıb mahnılar oxuyardı. Gürcüstan radiosunda işləyərkən müxtəlif rayonlarda yaşayan Borçalı aşıqlarını ziyarət edərək yerlərdəcə onların ifa etdiklıri saz havalarını, aşıq mahnılarını lentə alır, vaxtaşırı radionun efirində səsləndirirdim. Günlərin bir günündə rəhmətlik Ələddin Həsənlinin evində xudmani bir məclis zamanı onun ifasında bir neçə mahnını lentə aldım. Maraqlı haldır ki, ifa etdiyi mahnılar öz rayonundan, Bolnisidən olan şairlərin sözləri üstündədir. Hazırda bu lent yazısı şəxsi arxivimdə qorunub saxlanılır. Onun xatirəsini yad etmək məqsədi ilə bu lent yazısını Yutuba yükləyirəm. Allah ona rəhmət eləsin, yeri behişt olsun! Amin! 

Hörmətlə: Mirzə Məmmədoğlu

მსგავსი