11 January 2017
  • 907 ნახვა

Zəlimxan Yaqubun ifasında öz şeirləri

Şifahi xalq ədəbiyyatının bütün növlərində  özünü sınayan Zəlimxan Yaqubun qoşquları pərəstişkarları tərəfindən sevilərək oxunur, aşıqlarımız isə onun sözləri üstündə mahnılar ifa edir. Onun qoşquları üstündə müxtəlif nəsillərə mənsub olan aşıqlarımızın ifasında  iki kassetlik  mahnıları vaxtilə Gürcüstan Radiosunda  işləyərkən  lentə alaraq  efirdə konsert olaraq müntəzəm şəkildə  bir müddət səslədirmişəm. Gürcüstan radiosu bağlanandan sonra həmin lent yazılarını arxivimdə qorutyub saxlayıram.  Yeni əsrin əvvəllərində Bakıda onu bir daha ziyarət edərkən “Neftçilər” metrosu yaxınlığında  kəpənəkçilərə məxsus xudmani bir yerdə onun şeirlərini öz ifasına  lentə aldım. İndi həmin şeirləri onun pərəstişkarlarının ixtiyarına verirəm. 

Hörmətlə: Mirzə Məmmədoğlu.

მსგავსი