09 January 2017
  • 450 ნახვა

Zəlimxan Yaqubun Saz poeması Ələddin Həsənlinin ifasında

Ələddin Həsənli bir qərinədən artıq dövr Gürcüstan radiosunun diktoru işləmişdir. İşlədiyi vaxtlarda demək olar ki, hər gün özünün məlahətli, cəlbediçi səsi ilə soydaşlarımızın ürəyinə asanlıqla yol tapa bilmişdir. Həmin vaxtlar bir redaktor kimi inamla deyə bilərəm ki, Gürcüstan radiosu deyəndə Ələddin Həsənli yada düşürdü, Ələddin Həsənli deyəndə Gürcüstan radiosu yada düşürdü.O, bu gün artıq aramızda yoxdur, lakin onun əziz xatirəsi onu tanıyanların, eləcə də sənətsevərlərin ürəyində daim yaşayacaqdır. Mən də öz növbəmdə onun xatirəsini yad etmək məqsədilə ifasında şəxsi arxivimdə saxladığım bir ədəbi verilişi Yutuba yükləyirəm. Allah rəhmət eləsin, yeri behişt olsun! Amin!

Hörmətlə: Mirzə Məmmədoğlu

მსგავსი