09 January 2017
  • 540 ნახვა

Qasım Abbasəlinin şeirləri öz ifasında

Şeirlərinin birində “Dünya səni yenəsiyəm” deyən mərhum şair dostum Qasım Abbasəli bu gün aramızda yoxdur. Bir neçə il bundan əvvəl faciəli şəkildə avtomobil qəzasında həlak olub. Amma yenə də qəlbinin dərinliklərindəki ağrılardan süzülüb gələn sözü ilə dünyanı yenə bilir. Bunu əsil şeirin cazibəsinə düşənlər, şeirlərin sətirlərinə hopan ağrı-acıları öz ağrı- acıları kimi dərk edənlər bilər. Odur ki, bilənlərə salam olsun, sözdə olan ağrını, ağrıda olan sözü duya bilən, özününküləşdirən Qasım Abbasəliyə isə Allah rəhmət etsin, yeri behişt olsun, amin!
Vaxtilə Gürcüstan radiosunda işləyəndə “Ədəbi verilişlər” silsiləsindən Qasım Abbasəlinin də şeirlərini öz ifasında lentə almışdım. Onu öz şəxsi arxivimdə saxlayıram. İndi onun ruhunun şad olması üçün, eləcə də pərəstişkarlarını sevindirmək üçün öz ifasında şeirlərini Yutuba yerləşdirirəm.

Hörmətlə: Mirzə Məmmədoğlu

მსგავსი