19 December 2016
  • 375 ნახვა

Zahid Ələmpaşalının öz ifasında şeirləri

Zahid Ələmpaşalı Gürcüstanın Qarayazı mahalında (indiki Qardabani rayonunun Kosalı kəndində) anadan olmuşdur. Elə bu kənddə də böyüyüb boya-başa çatan,ömrünün ahıllıq dövrünü yaşayan Zahid Ələmpaşalı gözəl qoşquları ilə  sevilən el şairlərindən biridir.

Onun şeirlərində gəzdiyi torpağın, udduğu havanın ətri duyulur. Qarayazıda ad olıb dünyadan köçən kişilər xatırlanır. Xatirələrdə yaşayan Qaçaq Nəvi, Qaçaq İsaxan onun tərəfindən yeni  dastanların qəhrəmanına çevrilmişdir. Babasının  bu qəhrəmanlar haqda xatirələri dastan olub.

Mən vaxtilə Gürcüstan Radiosunda işləyərkən Gürcüstanda yaşayıb yaradan şairlərin öz ifasında şeirlərini bir qayda olaraq lentə almağı özümə borc bilirdim. 1999-cu ildə Zahid Ələmpaşalının da öz ifasında bir neçə şeirini lentə almışam. “Poeziya dəqiqələri” silsiləsindən  bu şeirlər dəfələrlə efirdə səslənib. Bu lent yazısı şəxsi arxivimdə qorunub saxlanılır. Poeziya həvəskarlarının  marağını nəzərə alaraq indi onu saytımıza yerləşdirirəm. 


Hörmətlə:Mirzə Məmmədoğlu

 

მსგავსი