01 December 2016
  • 1318 ნახვა

Ustad aşıq Kamandar ilə müsahibə

Borçalı aşıq məktəbinin görkəmli nümayəndələrindən biri  olan Aşıq Kamandarın öz söz zirvəsi, öz saz  avazı vardır. Ustad aşıq Gürcüstanda Marneuli rayonunun  Kürüstü Kəpənəkçi kəndində  dünyaya göz açsa da  səsi-sözü daha da uzaqlardan: Türkiyədən, İrandan gəlməkdədir. Maraqlı  haldır ki, onun səsi ilk dəfə Gürcüstan radiosunda  lentə alınmışdır.

Sonra Bakıya gedib çıxmışdır ki,  ora da sonralar dəvət olunaraq Televiziyada və Radioda dəfələrlə  çıxış edərək onların qızıl fondunu təkrar olunmaz  ifaları ilə zənginləşdirmişdir.  Onun ifa etdiyi mahnılar Gürcüstan Radiosunun Qızıl Fondunda, eləcə də mənim şəxsi fondumda qorunub saxlanılmaqdadır. Bir şeyi də qeyd etmək istəyirəm ki, bu ustad aşıq özü haqqında danışmağı, ümumiyyətlə, müsahibələr verməyi sevməzdi.

O dövrlər, mən Gürcüstan Radiosunda işlədiyim vaxtlar, daha dəqiq desək, 1999-ci il oktyabr ayının 9-da  ustad aşığın doğma kəndi olan Kürüstü Kəpənəkçidə  onun qonağı oldum. Onun məndən başqa   bir neçə mötəbər qonağı var idi. Süfrə arxasında oturub çay içərək onunla söhbər apardım. Üsulca cay icərək hamı onun söhbətinə  diqqəq kəsilmişdi.

Bir saata yaxın onunla söhbət apardım. Söhbət apardım deyəndə, əsasən o özü danışırdı. Onun sənət barəsində, söz barəsdində söhbəti  çox maraqlı oldu. Sənətsevərlər üçün onun bu müsahibəsi tarixi bir hadisədir. Odur ki, bu ustad aşığın pərəstişkarlarının marağını nəzərə alaraq həmin müsahibəni sizin ixtiyarınıza verirəm.

Hörmətlə: Mirzə Məmmədoğlu. 

მსგავსი