30 November 2016
  • 1807 ნახვა

YETİM MAHMUD

 

Mahmud Mahmud oğlu Məmmədov 1941-ci ildə Gürcüstanın Marneuli rayonundakı Sadaxlı kəndində anadan olmuşdur. Atasının üzünü görmədən dünyaya gələn Mahmuda öz atasının adı verilmişdir. El məclislərində aşıqlarla ara-sıra deyişməsi sonralar onun Yetim Mahmud ləqəbi ilə şair kimi tanınmasına səbəb olmuşdur. 
“İnsan harayı” adlı ilk kitabı sağlığında işıq üzü görmüşdür. Yetim Mahmud 2003-cü ildə dünyasını dəyişmişdir. Ölümündən sonra onun əlyazmaları toplanaraq iki kitab şəklində oxucuların ixtiyarına verilmişdir.
Gürcüstan radiosunda işləyərkən 1999-ci illərdə öz ifasında onun bir neçə şeirini lentə almışdım. İndiyədək onu şəxsi fondumda qoruyub saxlayıram. Xatirəsini yad edərək bu lent yazısını Yutuba yerləşdirmişdim. İndi bu lent yazısını sizin ixtiyarınıza verirəm. Onun səsinə qulaq asdıqca, dualar oxunduqca bəlkə ruhu  şad ola.  Allah rəhmət etsin! Yeri behişt olsun! Hörmətlə:Mirzə Məmmədoğlu

მსგავსი