28 November 2016
  • 685 ნახვა

Aşıq Aslan Kosalının öz ifa tərzi, öz ləmsi, öz dastan danışığı olub

Borçalı aşıq məktəbinin görkəmli nümayəndələrindən biri olan Aşıq Aslan (Mirzəyev) Kosalı 1927-ci il avqustun 15-də Qardabani rayonu (Qarayazı mahalı) Kosalı kəndində (Dəmiçi Hasanlı) Tağarlı (Taharlılar) nəsli Mirzə Musa oğlunun ailəsində dünyaya göz acıb.1935-ci ildə atasını itirən Aslan qardaşları Aydın və Zakirlə yetimlik həyatınin acılarını yaşamışdır.

Aslan Kosalının özünəməxsus ləmsi, dastan danışığı, bədahətən şeir deməsi olub. Ustadın dastan söyləmələrini  türk alimi Zeynalabdin Makas, azətrbaycan alimi Elxan Məmmədli  lentə alaraq  ayrıca kitab şəklində, eləcə də  folklor külluyyatında nəşr etdirmişlər.

Aslan Kosalı  2014-cü il dekabrın 4-də  dünyasını dəyişib. Allah ona rəhmət etsin, yeri behişt olsun! O, dünyasını dəyişsə də, öz təkrarolunmaz ifası ilə qəlbimizdə yenə də yaşamaqdadır.
Vaxtilə Gürcüstan Radiosunda işləyərkən onun ifasında bir neçə kassetlk mahnı və saz havalarını, eləcə də öz ifasında qoşqularını lentə almışam. Bu qoşquları onun pərəstişkarlarının marağını nəzərə alaraq  bundan öncə Yutuba yerləşdirmişdim. İndi isə öz ifasında  olan bir necə qoşqusunu sizin ixtiyarınıza verirəm.

Hörmətlə: Mirzə Məmmədoğlu

მსგავსი