18 November 2016
  • 2344 ნახვა

Ustad aşıq Kamandarın ifasında yeni mahnılar

Gürcüstan Radiosunun Qızıl Fondundan

Borçalı aşıq məktəbinin görkəmli nümayəndələrindən biri Aşıq Kamandarın öz söz zirvəsi, öz saz  avazı vardır. Ustad aşıq Gürcüstanda Marneuli rayonunun  Kürüstü Kəpənəkçi kəndində  dünyaya göz açsa da  səsi-sözü daha da uzaqlardan: Türkiyədən, İrandan gəlməkdədir. Maraqlı  haldır ki, onun səsi ilk dəfə Gürcüstan radiosunda  lentə alınmışdır. Sonra Bakıya gedib çıxmışdır ki,  ora da sonralar dəvət olunaraq Televiziyada və Radioda dəfələrlə  çıxış edərək onların qızıl fondunu təkrar olunmaz  ifaları ilə zənginləşdirmişdir.

Gürcüstan radiosunda  ilk çıxışından sonra şöhrəti tezliklə hər yerə yayılan sənətkar Gürcüstanın müxtəlif yerlərində ağır məclislər yola salır,  mötəbər yerlərə qonaq dəvət olunur. Həmin vaxtlar Tifisə də təşrif buyuran  ustad sənətkar, burada onun pərəstişkarlarından olan  Şaxəli adlı bir şəxslə tanış olur.

Onun evinə qonaq dəvət edilir. Sən demə, evin xanımı  şair təbiətli imiş, sinədən qoşqular söyləyirmiş. Süftə arxasında ustad aşıq bu xanımın şeirlərini maraqla dinləyir. Bir az  vaxt keçəndən sonra bu maraq bu qoşqular üstündə ustad tərəfindən havaların oxunmasına səbəb olur.  Bu havalar bir müddət mənim də redaktor işlədiyim Gürcüstan radiosunun efiri ilə səslənir. Radio bağlanandan sona şəxsi arxivimdə saxladığım bu mahnıları Radionun qızıl fonduna təhvil verdim. İndi heç yerdə olmayan bu dörd mahnını sizin ixtiyarınıza verirəm.

Hörmətlə: Mirzə Məmmədoğlu. 

მსგავსი