16 November 2016
  • 705 ნახვა

Gürcüstan Radiosunun Qızıl Fondundan

Usta Məhəmməd Bayramoğlunun rəhbərliyi ilə zurnaçılar dəstəsinin ifa etdiyi oyun havaları vaxtilə dinləyicilərin böyük rəğbətini qazanmışdı. Həmin dövrlər  Gürcüstan Radiosunun Azərbaycan dilində verilişlər redaksiyasına gələn dinləyici  məktubları da bunun bariz nümunəsi idi. Həmin vaxtlar usta Məhəmməd Bayramoğlunun rəhbərlik etdiyi bu zurnaçılar dəstəsi tərəfindən  ifa olunan “Göyçə”, “Çoban bayatı”, “Məmməd Bağırı”, “Yaylaq”, “Cəngi”, “İnnabı”, “Dağıstan”, “Bağdaduri”, “Tərəkəmə”, “Şamili” və “Çoban bayatı” oyun havaları  hazırda Gürcüstan Radiosunun Qızıl Fondunda qorunub saxlanılır.

Mirzə Məmmədoğlu 

მსგავსი