17 October 2016
  • 300 ნახვა

Etibar Budaqov Gürcüstanın adını ucaldacağını söyləyir

Etibar Budaqov-Elçiyev Tetrisxaro rayonun Kosalar kəndində anadan olub. Onun şöhrəti isə artıq Gürcüstanın hüdudlarını da aşaraq dünyaya yayılıb.

O, 18 qat dünya rekortçusudur. Qafqaz Dünya Rekortlar federasiyasının  prezidentidir. İtaliyada, Almaniyada Türkiyədə, Rusiyada, Çində olub.

Gürcüstanın adını ucaldıb, rekordlar qazanıb. Maqnit adam kimi tanınıb. Adı Ginnesin Rekortlar kitabına salınıb. Bir müddət türkiyədə işləyib, lakin tezliklə vətənə qayıdıb, vətəndə, gürcüstanda işləmək,  ona xidmət etmək  istəyir.

Müxtəlif ölkələrdən dəvət alsa da, öz ölkəsində fəaliyyət göstərmək, Gürcüstanın adını  ucaltmaq onun amalına cevrilib.  

Etibar Budaqov-Elçiyev Gürcüstan hökuməti tərəfindən ona qayğının göstərilməsini istəyir.   

თეთრიწყაროს რაიონის სოფელ ქოსალარში დაბადებული ეითიბარ ბუდაგოვი გინესის წიგნის რეკორდსმენია და საქართველოს მთავრობისგან ყურადღებას ითხოვს.

 

მსგავსი