07 June 2017
  • 594 ნახვა

Sözün, eləcə də onun urvatının düşgünü Əlixan Düşgün

İstedadlı şair, gözəl insan, etibarlı dost Əlixan Düşgün Dmanisi rayonundakı Lök Candar kəndində anadan olub. O, 1958-ci ildə Hamamlı orta məktbini,  1962-ci ildə Azərbaycan Dövlət Universitetinin filolıgiya fakültəsini bitirmişdir. Bir jurnalist kimi, “Sovet Gürcüstanı” qəzetində fəaliyyətə başlamış, sonra fəaliyyətini Gürcüstan radiosunda davam etdirmişdir. Eyni zamanda jurnalistik fəaliyyəti ilə yanaşı poeziya düşgünü olmuşdur. Bu düşgünlük ona ədəbiyyatda özünəməxsus yer tutmağa, dəst-xətt qazanmağa imkan vermişdir. Xülasə, onun haqqında, haqqında danışanlar haqqında ümumiyyətlə, onun poesiya düşgünlüyü haqqında çox danışmaq olar. Amma onu da deyim ki, özü çox danışmağı sevmirdi. Özü haqda danışmağı heç yaxına  da buraxmırdı. Bərabər saz ustalarının, söz xiridarlarının səsini, sözünü yazanda bir dəfə ona dedim ki, Əlixan müəllim, gəlin sizin səsinizi də  lentə alaq, istəməz, bu böyük sənətkarlar olan yerdə, mən heç də özüm barədə düşünmürəm. Bəli, o, özü barədə heç də düşünmədi, İndi biz onun barəsində düşünək. Sözün, eləcə də onun urvatının düşgünü olan  Əlixan Düşgünü.

İndi Azərbaycan ədəbiyyatının yaxın dostu mərhum Lela eradzenin tərcüməsində və elə oby öz ifasında Onun “Gürcüstan barəsibndəı şeiri  poeziya sevərlərin  marağını nəzərə alaraq saytımıəza yerlşədirirəm.

Hörmətlə: Mirzə Məmmədoğlu

მსგავსი