05 June 2017
  • 430 ნახვა

Əslən Tiflisdən olan Səfurə Əziminin ifasında iki mahnı

Azərbaycanın tanınmış bəstəkarları Ağabacı Rzayevanın, Tofiq Quliyevin və başqalarının mahnılarını  ən gözəl ustad sənətçilər ilə  yanaşı həmyerlimiz  Səfurə Əzimi də ifa edib. Mənim bildiyimə görə, o, əslən Tiflisin Meydan məhəlləsindən olub. Sonra Bakıya köçüb, sənətini uğurla davam etdirib, filmlərə də çəkilib. Ötən əsrin 80-90-cı illərində Gürcüstan Radiosunda işlədiyim vaxtlar  bu sevimli sənətkarın fondumuzda olan  iki mahnısını  tez-tez səslədirirdik. Dinləyicilər tərəfindən rəğbətlə qarşılanırdı. İndi musiqisevərlərin marağını nəzərə alaraq  onun Radionun fondunda olan  iki mahnısını saytımıza yerləşdirirəm.

Hörmətlə: Mirzə Məmmədoğlu

მსგავსი