05 May 2017
  • 559 ნახვა

Afiq Muxtaroğlunun öz ifasında bir neçə şeiri

Afiq Muxtar oğlu Qardabani rayonunun  Nəzərli kəndində dünyaya gəlib. Elinə, obasına bağlı  sevgi və duyğularına söykənərək  bir yana getməyib elə öz kəndində də yaşamağı hər şeydən üstün tutub.  Bakı Dövlət Universitetinin tarix fakültəsini bitirib. Amma həyat ona başqa dərs keçib. Poeziya aləminə atıb. Və bu aləmdə  də duyğularını, qəlbinin riqqətini sözə, kəlmələrə çevirməkdədir. Onları bir yerə yığmağı, toplu halına salmağı heç də düşünmür. Ona bircə o qalır ki,  eloğlumuz gözəl şair Nurhafiz demişkən, ixtiyarı sözə verir, qalanı onluq deyil. 

Vaxtilə, daha doğrusu, 2000-ci illərdə onun qəlb çırpıntılarını, sözlərini lentə almışdım. Onları öz şəxsi arxivimdə qoruyub saxlayıram. Son vaxtlar Afiq Muxtaroğlunun feysbukda ara sıra dostları ilə  bölüşdüyü şeirlərinin daha çox oxunduğunu, bəyənildiyini gördüyümdən özünün ifasında lentə göçürdüyüm həmin şeirləri, onun pərəstişkarlarının, eləcə də  poeziyasevərlərin  marağını nəzərə alaraq saytımıza yerləşdirirəm.

Hörmətlə: Mirzə Məmmədoğlu 

მსგავსი