04 May 2017
  • 689 ნახვა

Dava kəndimizdən uzaq olsa da...

Bir vaxtlar bığ yeri yeni tərləmiş Allahverdi Təhləlinin içindən qocalaraq ərkyana dediyi bir kəlmə Qırmızı körpüdən o yana əks səda verərək xalq şairi Nəbi Xəzrini əfsunlamışdı. Onun bu kəlmələrdən necə təsirləndiyini bir özü bilirdi, bir də ki, ulu tanrı. “Dava kəndimizin içindən keçib” deyimi  bu gün də bizim hər birimizin yaxınlarının, qohumlarının, kəndlilərinin taleyinə biçildiyini  yaxşıca bilirik. Çox sevdiyi şair İsa İsmayılzadənin  bu ağrını duyduğu vaxtlar özü kimi “ana səvisi” olan uşaqların müharibəyə  getdiyini bir neçə kəlmə ilə “Güllələr demədi, geri qayıdın, qəlpələr demədi geri qayıdın, lülələr demədi geri qayıdın...” kəlmələri ilə o ağrılı günlərin ağrısının şəklini  görsə də, Allahveri Təhləli ona bənzər şəkli  yaşadığı kəndin içində gördü...
Ötən əsrin sonlarında onun bu sayaq gördüklərini lentə aldım. Indi onun 60 illik yubileyi müstəvisində dost-tanışlarına sərgiləmək istəyirəm. 
                                                                           
Hörmətlə: Mirzə Məmmədoğlu

 

მსგავსი