02 May 2017
  • 682 ნახვა

Aşıq Avdı Qaymaqlının ifasında daha iki mahnı

Aşıq Avdı Qaymaqlı 1909-cu ildə Azərbaycanda  Qazax rayonunun Qaymaqlı kəndində anadan olmuşdur. Aşıqlıq dərsini dövrünün ustad sənətkarı sayılan, Borçalı mahalında yaşayıb-yaradan ustad Aşıq Sadıqdan (Aşıq Sadıq Sultanov) almış, görkəmli saz-söz ustaları Mikayıl Azaflı, Aşıq Dərya Məhəmməd, Hüseyn Saraçlı, Əmrah Gülməmmədov, Aşıq Cəlal Qəhrəmanov, Aşıq Kərəm İncəli ilə dostluq etmişdir.

Aşıq Avdı xalq ədəbiyyatı xəzinəsinə "Avdı və Mehriban" dastanı kimi folklor nümunəsi bəxş edib, aşıqların repertuarından düşməyən "İncəgülü" saz havası yaradıb. O, həmişə özünəməxsus ifa tərzi, xoş avazı ilə sevilib seçilib, toylarda, şadlıqlarda, el şənliklərində ürəkləri fəth edib.

Dörd böyük aşıq yetişdirmişdir: Aşıq Cəlal Qəhrəmanov, Aşıq Yəhya, Aşıq Sadıq və Aşıq Sədi.
Aşıq  Abdı Qaymaqlı 1988-ci ildə dünyasını dəyişmişdir.

Ötən əsrin 60-cı illərdində Gürcüstan radiosu tərəfindən onun ifasında bir neçə havacat lentə alınmışdır. Bu lent yazıları Radionun qızıl fondunda qorunub saxlanılır. Aşıqsevərlərin marağını nəzərə alaraq  bundan öncə həmin lent yazılarını saytımıza yerləşdirmişdim. Müəyyən axtarışdan sonra Gürcüstan Radiosunun fondunda onun ifasında daha iki mahnını üzərə çıxartdım. İndi bu iki mahnını saytımıza yerləşdirirəm

Hörmətlə: Mirzə Məmmədoğlu 

 

მსგავსი