01 May 2017
  • 468 ნახვა

Aşıq Arif Dünyamalı oğlunun ifasında vaxilə mənim tərəfimdən yazılan mahnılar

Aşıq Arif Dünyamalı oğlu Xəlilov  1931-ci ilin  oktabr ayında  Laqodexi rayonunun Qaracalar kəndində anadan olmuşdur.  Aşıq Arifin anası Hürü Məhəmməd qızı və atası  Aşıq Dünyamalı Xəlil oğlu  XX əsrin əvvəllərində  müəyyən səbəblərə görə  Qabal Qaracalarına köc etmiş və 1950-ci ilə qədər orada yaşamışdır.
Aşıq Arif  sonralar Qardabani rayonunun Sərticala- Muğanlısı elində məskunlaşmış, ömrünün axırına kimi burada yaşamışdır. Özünəməxsus ifaçılıq bacarığına malik olan Aşıq Arif Borçalı-Qarayazı, Gəncə-Tovuz, Qaraçöp, Qazax-Şəki bölgələrində ağır məclislər yola verərək  məşhurlaşmışdı, ad-san qazanmışdı. Aşıq Arif Azərbaycan aşıqlarınının və Borşalı aşıqlarınının ifaçılıq xüsusiyyərlərini özündə əxz etdirərək bu sənətdə yeni cığır açmışdır. Aşıq Arif ilə  Aşıq Musa Qaraçöplü arasında xüsusi dostluq telləri mövcud olmuşdur. Ustad aşıq Musa aşıq Arifin əvəzsiz  çağlarında yüksək  qiymət verdiyi üçün  o zaman toy  şənliklərində  istedadlı cavan aşıqla-Aşıq Arif Dünyamalı oğlu ilə görünərdi, birgə məclislər yola verərdi.
Mənən özünü Aşıq Arifin şagirdi sayan, Sərticala-Miuğanlısı elinin daha bir söz  xiridarı  Xudaverdi Qasımlının etiraf etdiyinə görə,  Aşıq Arif  çalıb oxumaqda tayı-bərabəri olmayan ifaçı aşıq idi. Aşıq Arif 2011-ci iləd  dünyasını dəyişmişdir.
Onun ifasında ötən əsrin 60-cı illərində lentə alınaraq Gürcüstan radiosunun Qızıl fondunda qorunub saxlanılan  bir neşə mahnını  artıq saytımıza yerləşdirmişəm. Gürcüstan radiosunda işləyəndə ustad aşıq Arifi ziyarət edərkən onun ifasında mahnıları, öz şeirlərini və dastanı lentə almışdım.  İndi onun ifasında həmin  mahnıları pərəstişkarlarının ixtiyarına vermək istəyirəm. Lent yazısının  keyfiyyətli olmamasına görə dinləyicilərdən üzr istəyirəm.  Əminəm ki, bu lent yazıları hər halda aşıqsevərlərin marağına səbəb olacaq. 
                                                                                                 
Hörmətlə: Mirzə Məmmədoğlu

მსგავსი