01 May 2017
  • 635 ნახვა

Karslı aşıq Musa Ərdənərin ifasında öz şeirləri

Türkiyənin Qars vilayətindəki Kümbətli (Ladıkars) köyündə yoxsul bir ailədə dünyaya göz açan, vaxtilə dədələri Aran Borçalısının Dəmirçihasannı bölgəsindəki Kürüstü Keşəli kəndindən oraya gedən İslam  Ərdənərin  oğlu Musa Ərdənər ilə  2000-ci ildə Qarsda Aşıq Şenniyin  şölənində  rastlaşdıq. Qısa söhbətdən sonra məni nahara dəvət elədi. Ordan-burdan söhbət etdik. Sonra qaldığım mehmanxanaya gedərək  xidmət diktafonumla onun öz ifasında şeirlərini lentə aldım. İndi həmin lent yazısını  poeziya həvəskarlarının marağını nəzərə alaraq  saytımıza yerlşədirirəm.
                                                                                         
Hörmətlə: Mirzə Məmmədoğlu

მსგავსი