24 April 2017
  • 526 ნახვა

Ustad aşıq Sadığın şagirdi Aşıq Ağəlinin ifasında iki mahnı

Əslən  Qərbi Azərbaycanın Axta mahalının (hazırki Razdan rayonu) Qaraqala kəndindən olan azman  Borçalı aşığı Sadıq Sultanovun xeyli şagirdləri olub. Onlar hətta elə bir zirvəyə çatıblar ki, hətta özlərinə görə Borçalı aşıq məktəbində oxu tərzu, çalğı tərzi yarada bilmişlər. Mən onları indi sadalamaqdan vaz keçirəm. Çünki, saz-söz aləminin xiridarları bunu yaxşı bilir. Bir məqamı sizin nəzərinizə çatdırmaq istəyirəm. Onun şagirdlərindən biri, hətta demək olar ki,  şagird baxımından sonbeşiyi Ağəli Həsənov eynən ystad aşıq Sadıq Sultanov kimi oxuyur, səsini də onun səsinə bənzədir.

Bunu sadəcə yamsılamaq kimi deyil,  məncə, bu böyük sənətkara bənzəmək, ona məhəbbətini ifadə etmək istəyi kimi başa düşmək də olar. Ağəli əslən Tiflis yaxınlığındakı kəndlərdən biri olan Aqara kəndindəndir. Bu kişik  kənddə o qədər də soydaşımız yaşamır. Özünün dediyinə görə, hörmətli qohumlarından biri onu  həmin vaxtlar Tiflis yaxınlığındakı Soğanlıq kəndində yaşayan ystad aşıq Sadığın yanına aparanda  ystad aşıq: Mən artıq qocalmışam. Şagird götürməyə halım yoxdur,- demişdi. Aşıq sadıqla dostluğu olan həmin şəxsin xahişi ilə nəhayət, Ağəli onun şagirdi olur. Hazırda Ağəli Gəncədə yaşayır. Bə ustad aşığın nəfəsini, ləmsini, ləngərini indi də yaşadır. Onun Gürcüstan radiosunda ötən əsrin 60-cı illərində iki havası lentə alınmışdır ki, hazırda onun qızıl fondunda qorunub saxlanılır. İndi həmin iki lent yazısını Sadıqsevərlərin,Ağəli sevərlərin, ümumiyyətləç aşıqsevərlərin marağını nəzərə alaraq saytımıza yerləşdirirəm.

Hörmətlə: Mirzə Məmmədoğlu 

მსგავსი