04 April 2017
  • 757 ნახვა

Aşıq Avdı Qaymaqlının ifasında bir neçə mahnı

Aşıq Avdı Qaymaqlı 1909-cu ildə Azərbaycanda  Qazax rayonunun Qaymaqlı kəndində anadan olmuşdur. Aşıqlıq dərsini dövrünün ustad sənətkarı sayılan, Borçalı mahalında yaşayıb-yaradan ustad Aşıq Sadıqdan (Aşıq Sadıq Sultanov) almış, görkəmli saz-söz ustaları Mikayıl AzaflıAşıq Dərya MəhəmmədHüseyn SaraçlıƏmrah GülməmmədovAşıq Cəlal QəhrəmanovAşıq Kərəm İncəli ilə dostluq etmişdir.

Aşıq Avdı xalq ədəbiyyatı xəzinəsinə "Avdı və Mehriban" dastanı kimi folklor nümunəsi bəxş edib, aşıqların repertuarından düşməyən "İncəgülü" saz havası yaradıb. O, həmişə özünəməxsus ifa tərzi, xoş avazı ilə sevilib seçilib, toylarda, şadlıqlarda, el şənliklərində ürəkləri fəth edib.

Dörd böyük aşıq yetişdirmişdir: Aşıq Cəlal QəhrəmanovAşıq Yəhya, Aşıq Sadıq və Aşıq Sədi.

Aşıq  Abdı Qaymaqlı 1988-ci ildə dünyasını dəyişmişdir.

Ötən əsrin 60-cı illərdində Gürcüstan radiosu tərəfindən onun ifasında bir neçə havacat lentə alınmışdır. Bu lent yazıları Radionun qızıl fondunda qorunub saxlanılır. Aşıqsevərlərin marağını nəzərə alaraq həmin lent yazılarını saytımıza yerləşdirirəm.

Hörmətlə: Mirzə Məmmədoğlu 

მსგავსი