31 March 2017
  • 514 ნახვა

Aşıq Allahyarın ifasında bir neçə mahnı

Borçalının tanınmış aşıqlarından biri də Aşıq Allahyardır. Görarxı elinin, eləcə də Borçalının sevimlisi olan bu aşıq Borçalının azman aşıqlarından biri Xındı Məmmədin şəyirdi olmuş, aşıqlıq sənətinin sirlərinə yiyələnərək ustad bir aşıq kimi  formalaşmışdır. Onun ölümündən bir neçə il öncə, yəni 1998-ci ildə Gürcüstan radiosu üçün onun ifasında bir neçə mahnını lentə almışdım. 
Bu lent yazıları mənim şəxsi fondumda qorunub saxlanılır. Aşıq sevərlərin marağını nəzərə alaraq,  bu lent yazılarını  saytımıza yerləşdirirəm.

Hörmətlə: Mirzə Məmmədoğlu

მსგავსი