02 March 2017
  • 576 ნახვა

Bu il Azərbaycanın klassik lirik şairi Molla Pənah Vaqifin anandan olmasının 300-cü ildönümüdür.

Əlli il bundan öncə,  onun anadan olmasının 250 illiyi ilə əlaqədar tanınmış gürcü şairi Şota Nişnianidzenin redaktorluğu ilə Tiflisdə “Merani” nəşriyyatı tərəfindən  1968-ci ildə “Vaqif” adlı kitab işıq üzü görmüşdür.  Kitabın rəssamları O. Cişkariani və T. Mirzaşvilidir. Bu kitabda ön sözü Tiflisdə boya başa çatan, sonralar Lomonosov adına Moskva Dövlət Universiteninin professoru olmuş  mərhum Əziz Əşrif yazmışdır. Molla Pənah Vaqifin yubileyi ərəfəsində Azərbaycan  ictimaiyyətinin, ümumiyyətlə, Vaqifsevərlərin marağını nəzərə alarar həmin ön sözü tərcümə edərək sizin ixtiyarınıza verirəm. Hörmətlə Mirzə Məmmədoğlu  

                                                                       * **

Vaqif təxəllüsü ilə  tanınan Molla Pənah Orta əsrlər Azərbaycanın lirik şairləri arasından ən populyardır. O, Azərbaycanın poeziyasının  inkişafı tarixində  yeni səhifə açmış və özünün ən böyük sələflərindən biri olan, klassik şeirin  əvəzsiz ustası Məhəmməd Füzuli ilə  (1494-1556) bir sırada  dayanmışdır.

Dahi Nizami Gəncəvidən(1141-1209) sonra Məhəmməd Füzuli və Molla Pənah Vaqif Orta əsrlər  Azərbaycan ədəbiyyatının iki zirvəsidirş Onların yaradıcılığı milli poeziyanın  dar məhdudiyyətlərini aşaraq yaxın Şərqin  mülkiyyətinə çevrilmişdir.

                                                             * * *

Vaqifin həyat və yaradıcılığı barıədə çox şey məlum deyildir. Onun anadan olduğu tarix 1717-ci il hesab edilib. Azərbaycanda, Salaxlı kəndində (indiki Qazax rayonunda) anadan olmuşdur,  məsciddə yerli dini mədrəsədə oxumuşdur. Öz zamanına görə kifayət qədər təhsil almışdır. Doğma dilindən başqa fars və ərəb dillərində sərbəst şəkildə danışa bilirdi. Fəlsəfə, riyaziyyat, astronomiya, tibb və elmin digər sahələri ilə tanış  idi.

Feodallar arasında  silahlı toqquşma və daimi ixtilaf nəticəsində dinc təsərrüfat əməyi pozulurdu ki, bir çox ailə başqa yerdə sığınacaq axtarmağa məcbur  olurdu. 

Vaqif öz doğma kəndində mədrəsə açmış və pedaqoji fəaliyyəti üçün ona molla adı verilmişdir. Təxminən 1759-60-cı illərdə Vaqif ailəsi ilə Azərbaycanda ən nüfuzlu, ən güclü xanlıq hesab olunan Qarabağa köçmüşdür.  Onun mərkəszi yüksək dağlıq yerdə salınan, tamamilə yeni şəhər olan, 1750-ci ildə Pənah xan tərəfindən əsası qoyulan  qala-qəsr Şuşa idi.

İlk öncə Vaqif Tərtərbasar kəndində məskunlaşdı ki, burada da o,  mədrəsə açdı. Şair heç də burada sən deyən, yaxşı yaşamırmış, halbuki, bir neçə mənbəyə görə,  Qarabağın yeni hakimi  İbrahimxəlil xan bura köcüb gələnlərə qarşı lütfkarlıq göstərirmiş.

Tezliklə Vaqif yaşamaq üçün Şuşaya köçür. O burada bir şair və bir alim olaraq məşhurlaşdı. 1769-1770-ci illərdə  onu saraya dəvət edirlər. Savadlı,  həyat təcrübəsinə görə müdrikləşən, iş görən  və enerjili  Vaqif  tezliklə xanın  ən yaxın məsləhətçisinə çevrilir. Vaqifin həyatından bizə məlumat verən  demək olar ki, bütün  müəlliflər onu  böyük dövlət xadimi kimi xarakterizə edir.  Xarici siyasət sahəsində  qonşu  xanlıqlar ilə və Rusiya ilə siyasi əlaqə yaradan Gürcüstan çarı ilə hərbi-müdafiə əlaqələrinin təşəbbüsü ona məxsusdur.

XVIII əsrin  ikinci yarısında bütün Zaqafqaziya, o cümlədən Qarabağ  da böyük sınaqlar qarşısında  dayandı. Xanın vəziri İran təcavüzü təhlükəsindən xanlığı xilas etmək üçün yeni-yeni yollar axtarırdı.  Bu təhlükə  xüsusən 1794-cü ildə, İranda Ağa Məhəmməd şah Qacar  hakimiyyıti ələ keçirəndə  və özünü şahənşah bəyan edəndə  daha da artdı.

80-ci illərdə Gürcüstan çarlığı Rusiyanın  himayədarlığını qəbul etdi. Bu hadisə ilə əlaqədar İbrahimxəlil xan öz vəziri Vaqif ilə birlikdə Tiflisə gəlmişdir. Vaqifin Gürcüstanda olması onun bir çox şeirində öz parlaq əksini tapmışdır.

Gürcüstanın və Azərbaycan xanlığının  Rusiyaya yaxınlaşmasından qəzəblənən  İran despotu zərbə vurmağa hazırlaşırdı.  1795-ci ilin yayında Ağa Məhəmməd şah Qacar Zaqafqaziyaya doğru hərəkətə keçdi. Iranın çoxsaylı qoşunu Araz çayını keçərək Qarabağa yetişdi. Qala qəsr uzun çəkən mühasirəyə tab gətirdi. Düşmən üçün o alınmaz oldu. Tarixçilər qeyd edirlər ki, çox qocalmış Vaqif şəhərin müdafiəsində fəal iştirak edib. O, sən demə, döyüş əməliyyatına bilavasitə rəhbərlik edirmiş.  Qacar  mühasirəni götürməyə və Qarabağ hüdudlarını tərk etməyə məcbur oldu. Geri qayıdan  şah Qacar  bütün qəzəbini Gürcüstanın üstünə tökdü.  Bütün şəhəri vəhşicəsinə darmadağın etdi və öz düşərgəsinə çəkildi. Yeni hücum üçün daha əlverişli  vaxt seçdi. Tiflisin alınması zamanı 1795-ci ildə  Zaqafqaziyanın üç dilində çalıb oxuyan  böyük şair Cayat-Nova  qətlə yetirildi.

II Yekaterine Zaqafqaziyaya öz qoşununu göndərdi, amma onun ölümündən sonra  I Pavel  qoşunu  geri çağırdı və Azərbaycan  xanlığı İranın  despotu ilə üzbəüz təkcə qaldı.

Qacar bu əlverişli məqamdan istifadə etmək qərarına gəldi və 1797-ci ilin yayında Qarabağa qarşı yeni hücum təşkil etdi. Aclığa düçar olmuş camaat saysız-hesabsız  düşmənin öhdəsindən gəlməyə hazır deyildi. İbrahimxəlil xan şəhəri tərk etdi və Dağıstanda özünə sığınacaq tapdı.

Qacar onbir minlik qoşunla  Şuşanı mühasirəyə aldı və heç bir müqavimət olmadan onu ələ keçirdi.  Xanın vəziri şair molla Pənahı tutaraq, zindana saldılar və onun barəsində ölüm hökmü çıxartdılar. Cəzanın  öncəki günü Ağa Məhəmməd şah Qacar qətlə yetirildi. Ölüm intizarında olan  şair azad olundu.

Şahın ölümündən sonra Qarabağda hakimiyyətsizlik əmələ gəldi. İran qoşunu ruhdan düşdü. Ümumixalq  şaşqınlığından, anarxiyadan  Məhəmməd bəy  Cavanşir istifadə etdi və Şuşada hakimiyyəti ələ keçirdi.

Yeni hakim  özünün sələfi olan  xana sədaqətli olan  insana ümid bəsləyə bilməzdi və təbii ki, Vaqifin simasında  təhlükəli  əleyhdarını görürdü. Eyni zamanda şair camaat arasında böyük hörmətə malik idi və Məhəmməd bəy Cavanşir onu başdan rədd etmək qərarına gəldi. Bəzi tarixçi və Vaqifin tərcümeyi halı onu  qeyd edir ki, yeni xanın  guya ki, Vaqifin  gözəl arvadına qarşı xüsusi simpatiyası var idi. Bütün bunlar kəskin  toqquşmaya qədər gətirib çıxartdı, güclərin nisbəti  qeyri-bərabər idi. Nəhayət, hakimiyyəti zorla ələ keçirən Məhəmməd bəy  Cavanşirin  öz niyyətini həyata keçirdiyi vaxt yetişdi. Sarayın Vaqifə qarşı kin-küdurət, nifrət hissi bəsləyən  əyanlarının dəstəklədiyi Məhəmməd bəy Şavanşirin əmri ilə öz oğlu şair Əli bəy ilə birlikdə   qayadan uçuruma atdılar.

Şairin faciəli ölümündən sonra onun evini dağıtdılar, əlyazmalarını məhv etdilər və yandırdılar.  Sonralar böyük nəğməkar  və birinci vəzirin  cənazəsini böyük hörmət-izzərlə dağın gözəl mənzərəli yamacında dəfn etdilər. Onun məzarı ziyarət yerinə çevrildi. Camaat əsrlər boyu  müdrik və ölməz nəğməkarın səmimi məhəbbətini qəlbində yaşatmışdır.

* * *

Molla Pənah Vaqif Azərbaycan ədəbiyyatının tarixində çevriliş etmiş,  xalq, aşıq şeirinin “heca” vəznini ona gətirərək qanuniləşdirmişdir. Vaqifin şeirlərinin əksəriyyəti  qoşma formasında yazılmışdır.  Vaqif Azərbaycan poeziyasında  qoşma  formasını başa çəkən və xalqln danışıq dilini ona yaxınlaşdıran  cəsarətli novator idi.  Bu şeirlərin poetik  toxunuşu və əks etdirmə  vasitələri yüksək  bədii səviyyəyə qaldırılmışdır. Şair  çox hallarda  rədifdən, daxili ritmlərdən, nəqaratlardan , cəsarətli   təşbehlərdən istifadə edir ki, onlar da suall zamanı şifahi-müsiqili təəssürat yaradırlar.

Bu yeni forma  təkcə şifahi xalq ədəbiyyatında,  aşıq poeziyasında deyil, eləcə də yazılı ədəbiyyatda da öz yerini bərqərar etdi.

Vaqif poeziyanı  xalqın geniş kütləsi üçün anlaşıqlı etdi. O, canlı simalar ilə xalq dilinin zəngin məqamlarını  daha da zənginləşdirdi. Vaqif həyatın sevincini, şirinliyini və sevgisini tərənnüm edirdi. Poetik  qeyri-dünyəvi lirası ideal gözəlliyi vəsf etdiyi  klassik şairlər_ Füzuli və onun ardıcıllarının əksinə olaraq  Vaqif  canlı, dünyəvi, real olaraq vücuda gətirilmiş və həyat eşqi ilə dolu qadın siması yaratdı.  

Bu motivləri Vaqif, şübhəsiz,  lirik xalq poeziyasından  almışdır ki, bu da özünün  nikbinliyi ilə həyata fəal  münasibəri ilə fərqlənirdi.

Vaqif tərəfindən təsvir olunmuş gözəllər oxucunun qarşısında  azərbaycan qadının canlı siması olaraq özünün bütün  milli xüsusuyyətləri ilə  və əlamətləri ilə dayanır. Şair  sevgili qadının gözəlliyini  və ona qarşı hədsiz məhəbbətini təsvir etmək üçün  bədii təşbehlərdən  bol-bol istifadə edir.  Məhəbbət mövzusu  Vaqifin lirikasında əsas mövzudur və  bir baxımdan  o, yeknəsəq  və monoton olmalıdır. Lakin, yalnız bircə baxımdan. Həqiqətdə isə Vaqifin lirikası təşbehlərlə elə zəngindir ki, axtarılıb tapılan dəqiq məqamlarla elə doludur ki,   şairin aşiqanə lirik şeirlərində eyni mözzuda  təkrarlanan və tərənnüm edilən gözəlləri tapmaq çətindir.  Hər bir şeirin müstəqil bədii və emosiyalı dəyəri vardır. Məğzinin yeniliyi ilə, gözlənilməz simaları ilə, xüsusən mənəvi əhvasl-ruhiyyəsi ilə insanı heyrətləndirir.

Azərbaycan xalqı  özünün  böyük şairinin  vətənpərvərlik ruhu ilə və dərin  fəlsəfi  fikirləri ilə  yoğrulan şeirlərini iki əsr müddətində  məhəbbətlə qoruyub saxlayır.  Bu gün  xalqa  estetik  zövq verən bütün hər şey xüsusi dəyərə malikdir.

                                                                                                Əziz Şərif

                                             Filologiya elmlləri doktoru, Moskva Dövlət Universitetinin professoru. 

მსგავსი