20 February 2017
  • 582 ნახვა

Rəhman Nəsibovun ifasında öz şeirləri

Rəhman Nəsibov Nəsib oğlu 1923-cü ildə Görarxı elinin Alget kəndində anadan olub. 1938-ci ildə Alget məktəbini bitirəndən sonra Borçalı Pedoqoji Texnikumuna daxil olub. 1942-ci ildə bu texnuikumu bitirərək rayonun Ambarovka  kəndində məktəb müdiri işləyib.
1942-1945-ci illərdə Böyük Vətən Müharibəsində iştirak edib, 1946-cı ildə ordudan tərxis olunub. 
O, 1995-ci ildən müəllim kimi fəaliyyətə başlayıb. Bədii ədəbiyyata çox erkən həvəs göstərib. Müharibə dövründə, yəni 1942-ci ildə İran İslam Respublikasında hərbi xidmətdə olarkən şeir yazmağa başlayıb. 
Dövrü mətbuatda şeirləri ara-sıra dərc edilib. Sonralar şeirləri toplu halında işıq üzü görüb. 
Rəhman Nəsibov 2005-ci ildə dünyasını dəyişib. 
Ölümündən bir neçə il öncə, yəni 1999-cu ildə onun öz ifasında şeirlərini Gürcüstan radiosu üçün lentə almışdım. Şəxsi arxivimdə saxladığım bu lent yazısını poeziyasevərlərin marağını nəzərə alaraq saytımıza  yerləşdirirəm.
Allah ona rəhmət eləsin. Amin!


Hörmətlə: Mirzə Məmmədoğlu

მსგავსი