17 February 2017
  • 982 ნახვა

Nurəddin Qasımlının ifasında bir saz havası və bir neçə mahnı

Nurəddin Qurbanov Usub oğlu 1939-cu ildə yanvarın 5-də Borçalının Qasımlı kəndində dünyaya göz açmışdır. 1945-ildə Qasımlı orta məktəbinə daxil olub, 1955-ci ildə həmin orta məktəbi bitirmişdir. Bundan sonra aşığın geniş əmək fəaliyyəti başlayır. Əvvəlcə o, N.Xuruşşov adına Qasımlı kolxozunda traktorçu köməkçisi, sürücü işləyir. Ailəyə qazanc gətirən oğullardan olur. Sonra onu 1958-ci ildə hərbi xidmətə çağrırlar. 
O, vətən borcunu layiqincə yerinə yetirib, 1961-ci ilin 15 dekabrında evə qayıdır.

Borçalının estad aşığı Hüseyn Saraclının yanında şəyirdlik edir.

1963-cü ildən sərbəst sürətdə aşıqlıq etməyə başlayan Nurəddin Qasımlı Marneuli, Bolnisi, Dmanisi, Qardabani rayonunun kəndlərindən dəvətlər alır, aşıqlıq fəaliyyətinə başlayır. Dövlət səviyyəsində keçirilən tədbirlərdə mütamadi iştirak edir və çoxlu fəxri fərmanlar və müxtəlif hədiyyələrə layiq görülür
1999-cu ildə aşıqlıq sənətində fəaliyyətinə görə Gürcüstan prezidenti M.Saakaşvili tərəfindən “Şərəf medalı” ilə təltif olunmuşdur. 

Artıq xeyli vaxtdır ki, dünyasınbı dəyişən Nurəddin Qasımlığnın  Gürcüstan radiosunun qızıl fondunda, eləcə də mənim şəxsi arxivimdə xeyli mahnıları, xatirələri qorunub saxlanılır.  İndi onun Gürcüstan  Radiosunun fondunda olan bir neçə  manhnısını və bir saz havasını sizin nəzərinizə çatdırmaq istəyirəm.

Hörmətlə: Mirzə Məmmədoğlu 

მსგავსი