13 February 2017
  • 552 ნახვა

Xocalıya həsr olunmuş mahnı - Gürcüstan radiosu

1992-ci il fevralın 25-dən 26-a keçən gecə Ermənistan Silahlı Qüvvələri tərəfindən Rusiyanın 366-cı motoatıcı alayınını iştirakı ilə Xocalı şəhəri işğal olunmuş, etnik azərbaycanlılara qarşı söyqırımı törədilmişdir. 

Bu soyqırıma həmin vaxtlar Gürcüstan azərbaycanlaları da öz etiraz səsini ucaltmışdır. Vaxtilə Gürcüstan radiosunda işləyən mərhum şair Əlixan Düşgün həmin faciəyə şeir həsr etmişdir. Əbülfəz və Əli Sadıqov qardaşları bu mətnə mahnı bəstələmişdir. Həmin mahnı Xocalı faciəsinin ildönümündə Gürcüstan radliosu ilə həmişə səslənmişdir.

Artıq bir neçə ildir ki, Gürcüstan radiosunda Azərbacan dilində veriliş efirə çıxmır. Əbülfəz və Əli Sadıqov qardaşlarının, Cümşüd Çavuşun və başqalarının ifa etdiyi bu mahnı vaxtilə Gürcüstan radiosunda redaktor işləyən Mirzə Məmmədoğlunun şəxsi arxivində saxlanılır. 

Təqdim edən Mirzə Məmmədoğlu

მსგავსი