09 February 2017
  • 570 ნახვა

Aşıq Gülabı Xındı Məmməd oğlunun ifasına iki saz havası

Vəliyev Gülabı Məmməd oğlu 5 sentyabr 1950-ci ildə Marneuli rayonunun Qaş Muğanlı(Böyük Muğanlı) kəndində Ustad aşıq Xındı Məmmədin ailəsində anadan olmuşdur. Körpə yaşlarından Gülabıda saza böyük maraq olmuşdur. Gülabıda saza olan maraq o qədər güclü olmuşdur ki, o təhsil aldığı Azərbaycan Politexnik İnstitutunda təhsilini ataraq öz yurduna qayıtmış və Borçalıda ilk ansambl yaratmışdır.O 1994-cü ilə qədər gitara çalıb xanəndəlik etmişdir.
Gülabı Məmməd oğlu sazda aşıq havalarının mahir ifaçısı olduğu kimi gitarada Azərbaycan xalq mahnılarını və muğamlarımızı çox gözəl ifa edirdi.Onu tamaşaçılara ən çox sevdirən isə onun məlahətli səsi idi. 
Gülabı Məmməd oğlu 2012-ci il iyunun 8-də Bakıda ürək çatışmazlığından dünyasını dəyişmişdir. Allah ona rəhmət eləsin!
Qeyd etmək istəyirəm ki, aşıq Gülabının ifasında iki saz havası: “Yanıq Kərəmi” və “Dilqəmi” havaları Gürcüstan radiosunun qızıl fondunda qorunub saxlanılır. Indi həmin havaları onun pərəstişkarlarının nəzərinə çatdırmaq üçün saytımıza yerləşdirirəm. 

Hörmətlə: Mirzə Məmmədoğlu

 

მსგავსი