03 February 2017
  • 401 ნახვა

Papiros qutusu adlı birpərdəli komediyanın səhnələşdirilmiş verilişi.

Yazıçı Məhərrəm Əlizadənin “Papiros qutusu” adlı bir pərdəli  komediyasının  səhnələşdirilmiş  verilişinə qulaq asın. Rolları ifa edirlər: Abbas Qurbanov, Göyçək Allahverdova, Sara Zeynalova, Nərgiz Süleymanova, Firidun Məmmədov. Verilişin aparıcı  uzun müddət Gürcüstan Radiosunda  diktor işləyən mərhum Aləmzar Rzayevadır.  Bu veriliş 60-cı illərdə Gürcüstan radiosu tərəfindən lentə alınmışdır.

P.S. Onu da qeyd edim ki, bu lent yazısı təkcə Azərbaycan dilində verilişlər redaksiyasında saxlanıldığından fonda köçürülməmişdi. Redaksiya bağlanandan sonra  həmin lent yazısı başqa yazılar ilə itib batdı. Yaxşı ki, bəzi lent yazılarının ilk variantlarını özümdə saxlayırdım. 19 tezliklə olan bu lent yazısını radionun səs yazma studiyasında elektron variantına çevrilməsinə nail oldum. Onu həm radionun fonduna təhvil verdim,  həm də vala köçürtdürərək öz şəxsi arxivimdə saxlayıram. İndi onu teatrsevərlərin marağını nəzərə alaraq  saytımıza yerləşdirirəm.

Hörmətlə: Mirzə Məmmədoğlu  

მსგავსი