30 January 2017
  • 989 ნახვა

Mirzə Məmmədoğlunun ifasında öz şeirləri

Mirzə Maşov Məmmədoğlu 1957-ci ildə Tiflisdə anadan olub. 1987-ci ildə indiki BDU-nun filologiya fakültəsini bitirib. Əvvəl "Sovet Gürcüstanı" qəzetində ştatdankənar müxbir və sonra uzun müddət Gürcüstan radiosunun Azərbaycan dilində verilişlər redaksiyasında  redaktor işləyən M. Məmmədoğlu hazırda Gürcüstan İctimai televiziyasının əməkdaşıdır.

M. Məmmədoğlunun 2009-cu ildə “Qədim Tiflis” adlı etnoqrafik, sonralar “Azərbaycan-gürcü qarşılıqlı atalar sözləri və məsəllər. İdiomatik və ortaq leksik vahidlər” adlı araşdırma kitabları və M. F. Axundov haqqında “Tiflisdə keçən ömür” adlı sənədli povesti işıq üzü görmüşdür. O, Konstantine Pağavanın “Mirzə Fətəli Axundov” və “Nizami” monoqrafiyalarını,  eləcə də Elizbar Cavelidzenin “Füzuli” monoqrafiyasını dilimizə çevirərək nəşr etdirmişdir. Gürcüstanın  igid oğlu Xudu Borçalı barədə uzun müddət işlədiyi tarixi əsərini başa çatdıraraq nəşrə hazırlamışdır. M. Məmmədoğlu 2009-ci ildən Azərbaycan Yazıçılar Birliyinin və hazırda Gürcüstan Yazıçılar İttifaqına alternativ olaraq yaradılmış Gürcüstan Yazıçıları Milli Akademiyası İdarə Heyətinin üzvüdür.

Şeirləri və publisistik yazıları gürcü və rus dillərinə tərcümə olunmuşdur.

İndi özünün ifasında bir neçə şeiri saytımıza yerləşdiririk.

 

Hörmətlə: Mirzə Məmmədoğlu

მსგავსი