25 January 2017
  • 425 ნახვა

İbrahimxəlilin öz ifasında şeirləri

Şeir yazanları mən üç kateqoriyaya bölərdim: qafiyə düzənlər, söz fırladanlar, duyğunu sözə çevirənlər. İnamla deyə bilərəm ki, dostum İbrahimxəlil duyğunu sözə çevirənlərdəndir, duyaraq yazandır. Odur ki, onu duyğular şairi adlandırmaq olar.

2000-ci ildə Gürcüstan radiosunda işləyərkən onun bir neçə şeirini öz ifasında lentə almışdım. Şeirləri öz şəxsi arxivimdə saxlayıram. İbrahimxəlil pərəstişkarlarını, ümumiyyətlə, poeziya sevərləri sevindirmək üçün öz ifasında olan həmin şeirləri Yutuba yerləşdirirəm.

Hörmətlə: Mirzə Məmmədoğlu

მსგავსი