24 January 2017
  • 539 ნახვა

Müzəyyət Yusifovun öz ifasında şeirləri

Müzəyyət Yusifov 1936-cı ildə Qarayazının Kosalı kəndində anadan olub. O, doğma Kosalı kəndində orta məktəbi bitirəndən sonra təhsilini Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsində davam etdirərək bu ali məktəbi uğurla başa vurub. Sonra doğma vətəni Gürcüstana qayıdaraq əmək fəaliyyətinə “Sovet Gürcüstanı”qəzetində başlayıb. Müzəyyət Yusifov 1961-ci ildən etibarən 40 ildən artıq bu qəzetdə müxtəlif vəzifələrdə çalışıb. 2002-ci ilədək indiki “Gürcüstan” qəzetində bölgə müxbiri vəzifəsinə təyin olunan Müzəyyət Yusifov bu vəzifədə təqaüdə çıxıb. 

Jurnalistika sahəsində müntəzəm çalışan, həm də gözəl şeirlər müəllifi kimi oxucuların rəğbətini qazanan Müzəyyət Yusifov, eyni zamanda publisistik məqalələr müəllifi kimi, ictimaiyyət və oxucular tərəfindən istedadlı jurnalist kimi sevilib.
Müzəyyət Yusifin şeirləri vaxtaşırı olaraq müxtəlif mətbuat orqanlarında, Azərbaycan və Gürcüstanda nəşr olunan almanaxlarda dərc olunub. 
Müzəyyət Yusifov 2005-ci ildə dünyasını dəyişib.
Gürcüstan radiosunda işləyərkən Gürcüstanın müxtəlif saz-söz ustalarının, el şairlərinin səslərini, o cümlədən Müzəyyət Yusifovun öz ifasında şeirlərini lentə almışam və şəxsi arxivimdə saxlayıram. İndi pərəstişkarlarını sevindirmək, ruhunun şad olması üçün onun ifasında şeirlərini Yutuba yerləşdirirəm. 

Hörmətə Mirzə Məmmədoğlu.

მსგავსი