23 January 2017
  • 534 ნახვა

Əlixan Qarayazılının ifasında bir neçə mahnı və saz havaları

Əlixan Qurban oğlu  Ömərov 1909-cu ildə Gürcüstanda Qarayazının( indili Qardabani rayonunun) Kosalı kəndində anadan olub.  Qarayazı adını adına yaraşdıran bu sənətkar   aşıqlıq sənətini həmyaşıdı, ustad sənətkar Əmrah Gülməmmədovun atası Paşa Gülməmməd oğlundan alıb. Sonradan başqa ustad yanında olmasa da, bu peşənin sirlərinə yiyələnməyə cəhd  edərək, böyük həvəs göstərərək kamil bir aşıq kimi yetişib. Öz yurdu Qarayazıdan başqa Qaracöpdə, Borçalıda, Muxran çökəkliyində və digər bölgələrdə, eləcə də Azərbaycanın  saza-sözə böyük dəyərin verildiyi Qazax elində ağır toy məclisləri keşirmiş, bir neşə şəyird yetirmişdir. 

Aşıq Əlxan Qarayazılı 1998-ci ildə dünyasını dəyişib.

Onun Gürcüstan radiosunda 60-cı illərdə lentə alınan,  Radio bağlandığından onun lent yazıları Radionun qızıl fondunda, eləcə də mənim şəxsi fondumda qorunub saxlanılmaqdadır. Pərəştişkarlarının, eləcə də aşıqsevərlərin marağını nəzərə alaraq həmin lent yazısını yutuba, eləcə də saytımıza yerləşdirirəm. 

Hörmətlə: Mirzə Məmmədoğlu

მსგავსი