20 January 2017
  • 539 ნახვა

Dünyamalı Kərəmin öz ifasında şeirləri

Dünyamalı Kərəm oğlu Əliyev 1920-ci u ildə Borçalının Qoçulu kəndində anadan olub. İlk təhsilini doğma kəndində, orta təhsilini qonşu kənd orta məktəbində alıb. 
1937-1940-cı illərdə Tiflisdəki Pedaqoji Məktəbdə təhsil alıb və bu maarif ocağını bitirdikdən sonra təyinatla İmirhəsən və Qoçulu kənd orta məktəblərində direktor vəzifəsində çalışıb. 
Dünyamalı Kərəm 1954-cü ildə Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. Bir müddət “Kommunist” qəzetində müxtəlif vəzifələrdə çalışıb. Dünyamalı Kərəm “Sovet Gürcüstanı” qəzetində uzun müddət məsul katib işləyib. 
1994-cü ildə onun “Borcalım mənim” adlı şeirlər kitabı nəşr olunub. Sonralar onun bir neçə şeirlər kitabı işıq üzü görüb. 
Dünyamalı Kərəm 1994-cü ildə Gürcüstan Əməkdar Jurnalisti fəxri adına görülüb. 2003-cü ildə Gürcüstan prezidentinin sərəncamı ilə Şərəf ordeni ilə təltif olunub. 
2000-ci illərdə bir sıra şair və aşıqlarının səslərini lentə köçürmüşəm. İndi onun şeirlərini öz ifasında Yutubiyə yerləşdirirəm. 

Hörmətlə: Mirzə Məmmədoğlu

მსგავსი