19 January 2017
  • 382 ნახვა

Vəziri xani Lənkəran pyesindən bir parça

Mirzə Fətəli Axundovun “Vəziri-xani-Lənkəran” pyesindən  bir parça. Radio tamaşa 1958-ci ildə Mirzə Fətəli Axundov adına Tiflis Dövlət Azərbaycan Teatrının truppası tərəfindən  hazırlanmışdır. (İştirak edirlər: Abbas Qurbanov, Nəso Məmmədov, Göyçək Allahverdiyeva, Qara Nəzərli və Sara Zeynalova) Bu radio-tamaşanın rejissoru İbrahim İsfahanlıdır.

Bu lent yazısı Gürcüstan Radiosunun Qızıl fondunda, eləcə də mənim şəxsi arxivimdə qorunub saxlanılır. Gürcüstan Radiosu xeyli vaxtdır ki, fəaliyyətini dayandırmışdır. Indi teatrsevərlərin marağını nəzərə olaraq onu sayta yerləşdirirəm. 

Hörmətlə: Mirzə Məmmədoğlu
                          

მსგავსი