18 January 2017
  • 612 ნახვა

El şairi Dəryeynurun ifasında öz şeirləri

El şairi Dəryeynur Məhəmmədbağır oğlu Allahverdiyev 1937-ci il sentyabr ayının 24 də Tiflis yaxınlığında yerləşən Soğanlıq kəndində dünyaya göz açmışdır. Orta təhsilini Soğanlıq kənd orta məktəbində başa vuran şair hələ kiçik yaşlarından şeir yazmağa başlamışdır. O, özünün ilk şerini 1948-ci ildə 11 yaşında olarkən qələmə almışdır. Onun şeirləri indi də məclislərdə söylənilir, saz havaları üstündə oxunur. Vaxtilə Gürcüstan radiosunda işləyərkən 1999-cu illərdə özünün ifasında onun bir neçə şeirini lentə almışam. Bu lent yazıları mənim şəxsi arxivimdə qorunub saxlanılır. Xatirəsini yad edərək bu lent yazısını Yutuba yükləyirəm. Allah rəhmət etsin! Yeri behişt olsun!

Hörmətlə: Mirzə Məmmədoğlu

მსგავსი